...

Bakı-2017: Azərbaycan voleybolçuları Qırğızıstan və Pakistan idmançılarına qalib gəlib (YENİLƏNİB)

İdman Materials 11 May 2017 22:57 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında voleybol yarışı davam edir
Bakı-2017: Azərbaycan voleybolçuları Qırğızıstan və Pakistan idmançılarına qalib gəlib (YENİLƏNİB)

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında voleybol yarışı davam edir.

Trend-in məlumatına görə, A qrupunda Azərbaycan və Qırğızıstan yığmaları qarşılaşıblar.

Azərbaycan voleybolçuları hər üç setdə rəqib komandanın oyunçularına göz açmağa imkan verməyiblər - 25:7, 25:3, 25:8 (3:0).

Bu qrupun digər oyununda Türkiyə Tacikistanı məğlub edib - 3:0.

Azərbaycanın kişi voleybolçulardan ibarət komandası isə Pakistana qalib gəlib - 25:22, 25:18, 25:21 (3:0).

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti