...

Bədii gimnastika üzrə Azərbaycan yığması komanda hesabında liderdir

İdman Materials 12 May 2017 14:41 (UTC +04:00)
Bədii gimnastika üzrə Azərbaycan milli komandası Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında yarışların ilk günündə komanda hesabında liderlik edir.
Bədii gimnastika üzrə Azərbaycan yığması komanda hesabında liderdir

Bakı. Maksim Tsurkov - Trend:

Bədii gimnastika üzrə Azərbaycan milli komandası Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında yarışların ilk günündə komanda hesabında liderlik edir.

Trend-in məlumatına görə, Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət komanda iki hərəkətdən sonra 65.250 bal toplayıb.

İkinci yerdə 62.100 balla Özbəkistan, üçüncü yerdə isə 51.300 balla Türkiyə qərarlaşıb.

Komanda yarışlarında medal dəstləri dörd hərəkətin yekununda öz sahiblərini tapacaq.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti