...

İslamiada çərçivəsində karate üzrə yarışlara start verildi

İdman Materials 13 May 2017 10:07 (UTC +04:00)
Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində karate üzrə yarışlara start verilib.
İslamiada çərçivəsində karate üzrə yarışlara start verildi

Bakı. Azad Həsənli - Trend:

Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində karate üzrə yarışlara start verilib.

Trend-in məlumatına görə, karate yarışlarında ölkəmizi 6 idmançı təmsil edəcək. Karate yarışları Bakı İdman Zalında keçirilir.

IV İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda ölkəmizi Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abıyeva, Firdovsi Fərzəliyev, Niyazı Əliyev və Rafael Ağayev təmsil edəcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti