...

İslamiadada boksçumuzun 1/4 finalda rəqibi bəlli oldu

İdman Materials 13 May 2017 13:54 (UTC +04:00)
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi bəlli olub.
İslamiadada boksçumuzun 1/4 finalda rəqibi bəlli oldu

Bakı. Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi bəlli olub.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, 49 kq çəki dərəcəsində mübarizə aparacaq Rüfət Hüseynov 1/4 finalda İran boksçusu Omid Əhmadisafa ilə üz-üzə gələcək.

R.Hüseynovun rəqibi bu gün keçirilən 1/8 final döyüşündən sonra bəlli olub. Türkiyə idmançısı Tolqahan Öztürkü mübarizədən kənarlaşdıran İran boksçusu O.Əhmadisafa R.Hüseynovla qarşılaşmaq hüququ əldə edib.

R.Hüseynovun O.Əhmadisafa ilə görüşü mayın 15-də olacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti