...

Bakı-2017: Qadın həndbolçularımızın finaldakı rəqibi məlum oldu

İdman Materials 13 May 2017 15:49 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın həndbolçuların yarışı davam edir.
Bakı-2017: Qadın həndbolçularımızın finaldakı rəqibi məlum oldu

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın həndbolçuların yarışı davam edir.

Trend-in məlumatına görə, bu gün sonuncu yarımfinal oyununda Türkiyə Kamerunla qarşılaşıb.

Ümumi hesabda 34:18 hesabı ilə qalib gələn Türkiyə təmsilçiləri finalda Azərbaycan millisi ilə ən güclünü müəyyən edəcəklər. Final görüşü sabah saat 18:00-da keçiriləcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti