...

Bakı-2017: Kifayət Qasımova gümüş medal qazandı

İdman Materials 13 May 2017 19:55 (UTC +04:00)
Gərgin keçən döyüşdə cüdoçumuz 0:1 hesabı ilə məğlub olub.
Bakı-2017: Kifayət Qasımova gümüş medal qazandı

Bakı. Trend:

Cüdoçu Kifayət Qasımova Azərbaycana IV İslam Həmrəyliyində daha bir gümüş qazandırıb.

Trend-in məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Əlcəzair təmsilçisi Ratibə Tariketlə qarşılaşıb.

Gərgin keçən döyüşdə cüdoçumuz 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti