...

Bakı-2017: Azərbaycanın bədii gimnastika yığması birinci oldu

İdman Materials 13 May 2017 20:17 (UTC +04:00)
Azərbaycanın bədii gimnastika yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Bakı-2017: Azərbaycanın bədii gimnastika yığması birinci oldu

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət bədii gimnastika yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Trend-in məlumatına görə, 4 hərəkətin yekunu üzrə yığmamızın nəticəsi 128.200 bal olub.

Özbəkistan ikinci (123.850 bal), Türkiyə komandası isə üçüncü (101.605) yeri tutub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti