...

Azərbaycan paracüdoçuları 2 qızıl, 2 gümüş medal qazandı

İdman Materials 13 May 2017 22:42 (UTC +04:00)
Mayın 13-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının paracüdo yarışlarında iki final görüşü baş tutub
Azərbaycan paracüdoçuları 2 qızıl, 2 gümüş medal qazandı

Bakı. Trend:

Mayın 13-də Heydər Əliyev adına İdman Sarayında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının paracüdo yarışlarında iki final görüşü baş tutub.

57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda Azərbaycanın digər idmançısı Sevda Vəliyeva üzərində qalib gələrək çempion adını qazanıb.

70 kiloqram çəki dərəcəsində paracüdoçuların yarışının finalında Azərbaycanın iki idmançısı - Ramilə Kaştayeva və Turanə Ağayeva üz-üzə gəliblər.

Azarkeşlərin maraqla izlədikləri oyunda ipponla qələbə qazanan R.Kaştayeva IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti