...

Azərbaycan voleybolçuları Türkiyə üzərində əzmkar qələbə qazanıblar

İdman Materials 14 May 2017 00:34 (UTC +04:00)
Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycanın kişilərdən ibarət komandası Türkiyə voleybol yığması ilə qarşılaşıb
Azərbaycan voleybolçuları Türkiyə üzərində əzmkar qələbə qazanıblar

Bakı. Trend:

Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycanın kişilərdən ibarət komandası Türkiyə voleybol yığması ilə qarşılaşıb.

Trend-in məlumatına görə, voyebol yarışları “Baku Crystal Hall”da keçirilib. Qarşılaşmda Azərbaycan voleybolçuları 3:2 hesabı ilə əzmkar qələbə qazanıblar. (28:26, 13:25, 25:17, 19:25, 18:16)

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti