...

Bakı-2017: İdman gimnastikası yarışlarında qalib komandalar mükafatlandırılıb (FOTO)

İdman Materials 14 May 2017 12:59 (UTC +04:00)
İdman gimnastikası yarışlarının komanda hesabında qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bakı-2017: İdman gimnastikası yarışlarında qalib komandalar mükafatlandırılıb (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası yarışlarının komanda hesabında qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə medalları kişilərdən ibarət komandalara Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe, qadınlardan ibarət komandalara isə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov təqdim edib.

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadınlardan ibarət yığması qızıl, kişilərdən ibarət komandası isə gümüş medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti