...

Bakı-2017: İradə Aşumova finala yüksəldi

İdman Materials 14 May 2017 13:32 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında atıcılıq yarışları davam edir.
Bakı-2017: İradə Aşumova finala yüksəldi

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında atıcılıq yarışları davam edir.

Trend-in məlumatına görə, bu gün qadınlar arasında 25 metrdən tapança ilə atəşaçma üzrə təsnifat mərhələsi başa çatıb. Azərbaycan idmançısı İradə Aşumova finala vəsiqə qazanıb.

Digər təmsilçilərimiz Zərifə Qasımova və Nigar Nəsirova isə mübarizəni dayandırıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti