...

Bakı-2017: Azərbaycan gimnastları qızıl və bürünc medal qazanıblar

İdman Materials 14 May 2017 19:06 (UTC +04:00)
Marina Durunda Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında halqa ilə hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.
Bakı-2017: Azərbaycan gimnastları qızıl və bürünc medal qazanıblar

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın bədii gimnastı Marina Durunda Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında halqa ilə hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, M.Durunda finalda 17.600 bal toplamaqla bütün rəqiblərini geridə qoyub.

Daha bir Azərbaycan gimnastı Jalə Piriyeva bürünc medala sahib çıxıb - 16.050 bal.

Gümüş medala isə özbəkistanlı Anastasiya Serdyukova yiyələnib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti