...

Azərbaycan həndbolçuları birinci oldular - NÖVBƏTİ QIZIL

İdman Materials 14 May 2017 19:31 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışlarına yekun vurulub.
Azərbaycan həndbolçuları birinci oldular - NÖVBƏTİ QIZIL

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışlarına yekun vurulub.

Trend-in məlumatına görə, qadın həndbolçuların final görüşündə Azərbaycan və Türkiyə komandaları qarşılaşıblar.

Bundan əvvəl qrupda türkiyəli rəqiblərini məğlub edən həndbolçularımız bu dəfə də üstün oyun nümayiş etdiriblər - 28:26.

Beləliklə, Azərbaycan yığması qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti