...

Bakı-2017: Azərbaycan gimnastlarından daha bir QIZIL MEDAL

İdman Materials 14 May 2017 19:38 (UTC +04:00)
Azərbaycanın bədii gimnastı Jalə Piriyeva Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında topla hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.
Bakı-2017: Azərbaycan gimnastlarından daha bir QIZIL MEDAL

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın bədii gimnastı Jalə Piriyeva Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında topla hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, J.Piriyeva finalda 17.550 bal toplayaraq bütün rəqiblərindən üstün olub.

Digər gimnastımız Marina Durunda isə 15.800 balla üçüncü olub.

Gümüş medal isə Özbəkistan idmançısı Anastasiya Serdyukovaya nəsib olub - 16.950 bal.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti