...

Çempion cüdoçu: Qalib gəlməli idim

İdman Materials 14 May 2017 20:02 (UTC +04:00)
“Finaldakı rəqibimlə dörd dəfə görüşmüşdüm. İki dəfə mən, iki dəfə də o, qalib gəlmişdi. Şükürlər olsun ki, bu gün qalib gəldim və qalib gəlməli idim”.
Çempion cüdoçu: Qalib gəlməli idim

Bakı. Elçin Mehdiyev – Trend:

“Finaldakı rəqibimlə dörd dəfə görüşmüşdüm. İki dəfə mən, iki dəfə də o, qalib gəlmişdi. Şükürlər olsun ki, bu gün qalib gəldim və qalib gəlməli idim”.

Trend-in məlumatına görə, bunu jurnalistlərə IV İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə 90 kq çəki dərəcəsində qızıl medal qazanan idmançımız Məmmədəli Mehdiyev deyib.

O qeyd edib ki, yarışın Azərbaycanda keçirilməsi idmançıların məsuliyyətini daha da artırır: “Azarkeşlər bizi alqışlayır, bizdən qələbə gözləyir. Ona görə də məsuliyyətimiz daha çox olur ki, qalib gələk. Şükürlər olsun ki, qalib gəldim”.

Cüdoçu bildirib ki, bəzi insanlar onun qalib gələcəyinə inanmırdılar: “Həmin insanlara da hər şeyi sübut etdim. Qələbəyə inanmayan insanlar olmasaydı, bəlkə heç çempion olmayacaqdım. Canları sağ olsun, onlar məni bərkitdi”.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti