...

Bakı-2017: Marina Durundadan növbəti QIZIL MEDAL

İdman Materials 14 May 2017 20:54 (UTC +04:00)
Marina Durunda IV İslam Həmrəyliyi Oyunlarında lentlə hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.
Bakı-2017: Marina Durundadan növbəti QIZIL MEDAL

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın bədii gimnastı Marina Durunda IV İslam Həmrəyliyi Oyunlarında lentlə hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, M.Durunda finalda 15.450 bal toplayıb.

Gümüş medala digər gimnastımız Jalə Piriyeva yiyələnib - 15.450 bal. O, M.Durundadan yalnız əlavə göstəricilərə görə geridə qalıb.

Özbəkistan idmançısı Sabina Taşkenbayeva isə 14.950 balla çüncü olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti