...

Paracüdoçumuz İslamiadanın qalibi oldu

İdman Materials 14 May 2017 20:57 (UTC +04:00)
66 kq çəki dərəcəsində yarışan paracüdoçular arasında qaliblər müəyyənləşib.
Paracüdoçumuz İslamiadanın qalibi oldu

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 66 kq çəki dərəcəsində yarışan paracüdoçular arasında qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, finalda idmançımız Elçin Talıbov digər təmsilçimiz - Olimpiya Oyunlarının gümüş mükafatçısı Bayram Mustafayevla qarşılaşıb.

Döyüşdə E.Talıbov rəqibinin şido alması nəticəsində qalib gəlib.

Digər təmsilçimiz B.Mustafayev müvafiq olaraq gümüş medala sahib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti