...

Daha bir paracüdoçumuz İslamiadanın qalibi oldu

İdman Materials 14 May 2017 21:21 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir paracüdoçumuz qızıl medal qazanıb.
Daha bir paracüdoçumuz İslamiadanın qalibi oldu

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir paracüdoçumuz qızıl medal qazanıb.

Trend-in məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançıların final görüşündə təmsilçimiz Ramil Qasımov özbəkistanlı Feruz Sayidov qarşılaşıb.

Rio-2016 çempionu R.Qasımov həlledici görüşdə rəqibinə qalib gələrək Azərbaycana növbəti qızıl medal qazandırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti