...

Qadın cüdoçularımız komanda yarışında finala yüksəldi

İdman Materials 15 May 2017 13:29 (UTC +04:00)
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qadın cüdoçularımız komanda yarışında finala yüksəlib.
Qadın cüdoçularımız komanda yarışında finala yüksəldi

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qadın cüdoçularımız komanda yarışında finala yüksəlib.

Trend-in məlumatına görə, yarımfinalda rəqib komanda tatami üzərinə çıxmadığından yığmamız birbaşa finala vəsiqə qazanıb.

Finalda qadın cüdoçularımız Türkiyə millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti