...

Bakı-2017: 3 stolüstü tennisçimiz növbəti mərhələdə (YENİLƏNİB)

İdman Materials 17 May 2017 14:50 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis turniri davam edir.
Bakı-2017: 3 stolüstü tennisçimiz növbəti mərhələdə (YENİLƏNİB)

İlk xəbər saat 13:49-da yayılıb

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis turniri davam edir.

Trend-in məlumatına görə, kişilərin fərdi mübarizəsində təmsilçimiz Yu Şin Hanq BƏƏ idmançısı Salah Aldin Albaluşini 4:0 hesabı ilə məğlub edərək növbəti - 1/8 final mərhələsinə yüksəlib.

Qadınların fərdi yarışında isə təmsilçimiz Miao Vanq fələstinli tennisçi Ahd Menavidən üstün oyun nümayiş etdirərək 1/4 finala çıxıb.

Daha bir qadın tennisçimiz Jinq Ninq isə Maldiv adalarının təmsilçisi Aminat Şiura Şərifi məğlub edərək (4:0) 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti