...

Boksçumuz Rauf Rəhimov döyüş keçirmədən finala vəsiqə qazanıb

İdman Materials 17 May 2017 21:00 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında daha bir idmançımız finala vəsiqə qazanıb.
Boksçumuz Rauf Rəhimov döyüş keçirmədən finala vəsiqə qazanıb

Bakı. Trend:

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında daha bir idmançımız finala vəsiqə qazanıb.

Boks Federasiyasından Trend-ə verilən məlumata görə, bu, 81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimovdur.

23 yaşlı idmançı yarımfinal səddini döyüş keçirmədən adlayıb. Rəhimov bu mərhələdə Abdelrəhman Abdelqəvvədlə (Misir) qarşılaşmalı olsa da, rəqibi zədə səbəbindən rinqə çıxmayıb və təmsilçimiz texniki qələbə qazanıb.

O, mayın 18-də baş tutacaq həlledici görüşdə türkmənistanlı Arslanbek Açilovla üz-üzə gələcək.

Qeyd edək ki, Rəhimov finala yüksələn 5-ci boksçumuz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti