...

Bakı-2017: Güləşçilərimiz qələbələrini davam etdirir

İdman Materials 18 May 2017 11:11 (UTC +04:00)
Elvin Mürsəliyev (75 kq) IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finalda mübarizəyə qoşulub.
Bakı-2017: Güləşçilərimiz qələbələrini davam etdirir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finalda mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, idmançımız ilk görüşündə İran təmsilçisi Rasoul Qarmsiri ilə mübarizə aparıb.

Güləşçimiz ilk mübarizəsini 6:1 hesabı ilə qazanaraq yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti