...

Bakı-2017: Millimiz FİNALDA (FOTO)

İdman Materials 18 May 2017 14:22 (UTC +04:00)
Azərbaycanın futbol yığması yarımfinalda Əlcızair komandası ilə qarşılaşıb.
Bakı-2017: Millimiz FİNALDA (FOTO)

Bakı. Trend:

Azərbaycanın futbol yığması Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün yarımfinalda Əlcızair komandası ilə qarşılaşıb.

Trend-in məlumatına görə, oyuna millimiz fəal başlayıb. 39-cu dəqiqədə Ruslan Abışov rəqibi məyus edib. 58-ci dəqiqədə Məqsəd İsayevin zərbəsi dəqiq olub.

Əlcəzair futbolçuları matçda dönüş yarada bilməyiblər - 2:0.

Millimizin finaldakı rəqibi Kamerun - Oman cütlüyünün qalibi olacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

FOTO - AFFA

Məqalədə:
Xəbər lenti

Xəbər lenti