...

İlahə Raciyeva: Məqsədim gələcəkdə Azərbaycanın ən güclü idmançılarından olmaqdır

İdman Materials 18 May 2017 20:29 (UTC +04:00)
Məqsədim gələcəkdə Azərbaycanın ən güclü idmançılarından olmaqdır.
İlahə Raciyeva: Məqsədim gələcəkdə Azərbaycanın ən güclü idmançılarından olmaqdır

Bakı. Samir Əli - Trend:

Məqsədim gələcəkdə Azərbaycanın ən güclü idmançılarından olmaqdır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən "Zəfər günləri"ndə IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən üzgüçülük yarışlarında iki bürünc medal qazanmış İlahə Raciyeva deyib.

O, qeyd edib ki, yarışlara qızıl medala görə qatılıb: "İnşallah gələcəkdə bundan artığını qazanacağam. Növbəti yarışlarda qızıl medal qazanacağıma əminəm. Çalışacağam ki, Azərbaycanın adını daim yüksəldim və ən güclü idmançı olum".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti