...

Azərbaycanın İslamiadada 51-ci qızıl medalı boksdan gəldi

İdman Materials 18 May 2017 17:26 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 51-ci qızıl medalını qazanıb.
Azərbaycanın İslamiadada 51-ci qızıl medalı boksdan gəldi

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 51-ci qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Cavid Çələbiyev finalda İraq idmançışı Əmmar Kərbəlayi ilə qarşılaşıb.

Təmsilçimiz həlledici görüşdə rəqibini məğlub edib - 5:0.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti