...

Nigar Nəsirova: Azarkeş dəstəyi məni ruhlandırdı

İdman Materials 18 May 2017 19:28 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmağımda azarkeşlərin dəstəyi var.
Nigar Nəsirova: Azarkeş dəstəyi məni ruhlandırdı

Bakı. Samir Əli - Trend:

IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmağımda azarkeşlərin dəstəyi var.

Trend-in məlumatına görə, bunu IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq üzrə 1 qızıl və bir bürünc medalçısı Nigar Nəsirova deyib.

O bildirib ki, finalda rəqibləri çox güclü olsa da, qalib gələ bilib: "Əsasən İran, Misir və Oman idmançıları çox güclü idilər. Lakin mənə bəslənən ümidlər, azarkeş dəstəyi məni ruhlandırdı və qızıl medal qazandım. Azərbaycan xalqına minnətdaram ki, məni bu cür dəstəklədi".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti