...

Bakı-2017: Suya tullanma yarışında ilk medalımız

İdman Materials 18 May 2017 18:14 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışı davam edir.
Bakı-2017: Suya tullanma yarışında ilk medalımız

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışı davam edir.

Trend-in məlumatına görə, kişilər arasında 3 metr tramplindən suya tullanma yarışında Azərbaycan təmsilçisi Dmitri Sorokin 331,25 xalla bürünc medala layiq görülüb.

İranlı Müctəba Vəlipur qızıl, indoneziyalı Rafi Aldiansiah isə gümüş medal qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti