...

Taekvandoçumuz finalın bir addımlığında büdrədi - BÜRÜNC

İdman Materials 18 May 2017 19:45 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan taekvandoçusu finala yüksəlib.
Taekvandoçumuz finalın bir addımlığında büdrədi - BÜRÜNC

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan taekvandoçusu bürünc medalla kifayətlənib.

Trend-in məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Məhəmməd Məmmədov yarımfinalda Qazaxıstan təmsilçisi Alimjan Serikbayevlə qarşılaşıb.

Finala gedən yolda büdrəyən M.Məmmədov taekvandoçularımızın aktivinə bürünc medalı yazdırıb - 7:8.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti