...

Bakı-2017: Daha bir güləşçimiz QIZILA doğru (YENİLƏNİB)

İdman Materials 19 May 2017 12:02 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz yarımfinala yüksəlib.
Bakı-2017: Daha bir güləşçimiz QIZILA doğru (YENİLƏNİB)

İlk xəbər saat 11:31-də yayılıb

Bakı. Trend:

Daha bir sərbəst güləşçimiz İslamiadanın qızıl medalı uğrunda mübarizə aparacaq.

Trend-in məlumatına görə, yarımfinalda suriyalı idmançı Abdalh Kərimlə qarşılaşan Nurməhəmməd Hacıyev (97 kq) rəqibinə göz açmağa imkan verməyib - 9:0.

X X X

11:31

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz yarımfinala yüksəlib.

Trend-in məlumatına görə, idmançımız Nurməhəmməd Hacıyev (97 kq) 1/4 finalda türkmənistanlı Yusup Melejayevlə üz-üzə gəlib.

Güləşçimiz rəqibinə vaxtından əvvəl qalib gəlib - 11:1.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti