...

Bakı-2017: Stolüstü tennisçilərimiz gümüş və bürünc medal qazandılar

İdman Materials 19 May 2017 17:37 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir.
Bakı-2017: Stolüstü tennisçilərimiz gümüş və bürünc medal qazandılar

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir.

Trend-in məlumatına görə, qadınların fərdi mübarizəsində təmsilçimiz Jinq Ninq finalda türkiyəli tennisçi Mələk Hu ilə qarşılaşıb.

M.Hu daha dəqiq oynayaraq qızıl medal qazanıb - 4:0 (13:11, 11:4, 12:10, 11:4).

Digər tennisçimiz Miao Vanq isə üçüncü yer uğrunda iranlı Neda Şahsavari il qarşılaşaraq bürünc medala sahib olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti