...

Bakı-2017: Güləşçimiz qızıl medala doğru (YENİLƏNİB)

İdman Materials 20 May 2017 10:55 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları davam edir.
Bakı-2017: Güləşçimiz qızıl medala doğru (YENİLƏNİB)

İlk xəbər saat 10:11-də yayılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Sərbəst güləşçimiz Şərif Şərifov 1/4 finalda Pakistan idmançısı Məhəmməd İnamla üz-üzə gəlib.

Trend-in məlumatına görə, Olimpiya çempionumuz bu dəfə də vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib - 11:1.

X X X

10:11

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları davam edir.

Trend-in məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Şərif Şərifov 1/8 finalda iraqlı Əl Muşatta ilə qarşılaşıb.

Daha yaxşı güləşən Ş.Şərifov növbəti mərhələyə yüksəlib 10:0.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti