...

Təmsilçimiz suya tullanma yarışının finalında

İdman Materials 20 May 2017 10:37 (UTC +04:00)
Azərbaycan təmsilçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışının finalına yüksəlib.
Təmsilçimiz suya tullanma yarışının finalında

Bakı. Trend:

Azərbaycan təmsilçisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışının finalına yüksəlib.

Trend-in məlumatına görə, idmançımız Artyom Danilov kişilər arasında 10 metr hündürlükdən suya tullanma yarışının təsnifat mərhələsində birinci yeri tutaraq finala vəsiqə qazanıb - 338.00.

Həmçinin finala türkiyəli Kıvanç Gür (291.60 xal) və iranlı Şahnam Nəzərpur (266.10) çıxıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti