...

Bakı-2017: Daha bir sərbəst güləşçimiz finala doğru

İdman Materials 20 May 2017 11:35 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ağır çəkili güləşçilər tatami üzərinə çıxıblar.
Bakı-2017: Daha bir sərbəst güləşçimiz finala doğru

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ağır çəkili güləşçilər tatami üzərinə çıxıblar.

Trend-in məlumatına görə, 125 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Cəmaləddin Məhəmmədov 1/4 finalda suriyalı Raja Alkradla üz-üzə gəlib.

İnamla güləşən C.Məhəmmədov rəqibini mübarizədən kənarlaşdırıb - 10:0.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti