...

Təmsilçimiz suya tullanma yarışında finala yüksəldi

İdman Materials 21 May 2017 10:40 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışı davam edir.
Təmsilçimiz suya tullanma yarışında finala yüksəldi

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışı davam edir.

Trend-in məlumatına görə, qadınlar arasında 3 m tramplindən tullanma yarışında təmsilçimiz Olqa Bıkovskaya seçmə mərhələdə 213.95 xal toplayaraq finala yüksəlib.

Həmçinin finala indoneziyalı Della Harimurti (205.75) və türkiyəli Sinem Sağlam (157.85) finala vəsiqə qazanıblar.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti