...

Stolüstü tennisçilərimiz finala gedən yolda büdrədilər

İdman Materials 21 May 2017 14:41 (UTC +04:00)
Yığmamız üçüncü yer uğrunda görüşdə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
Stolüstü tennisçilərimiz finala gedən yolda büdrədilər

Bakı. Trend:

Azərbaycanın kişilərdən ibarət stolüstü tennis yığması Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda mübarizə aparacaqlar.

Trend-in məlumatına görə, komandamız yarımfinalda Türkiyə millisi ilə qarşılaşıb. Qardaş ölkə təmsilçiləri finala yüksəliblər - 3:0.

Yığmamız üçüncü yer uğrunda görüşdə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti