Bakı. Trend:
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadınlardan ibarət 3X3 basketbol yığması finala yüksəlib.
Trend-in məlumatına görə, yarımfinalda Türkiyə komandası ilə qarşılaşan millimiz 17:7 hesabı ilə qalib gəlib.
Finalda basketbolçularımızı Malidən olan rəqibləri gözləyir.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.