...

Bakı-2017: Kişi basketbolçularımız da finala yüksəldi

İdman Materials 21 May 2017 15:22 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 3X3 basketbol turniri davam edir.
Bakı-2017: Kişi basketbolçularımız da finala yüksəldi

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 3X3 basketbol turniri davam edir.

Trend-in məlumatına görə, Azərbaycanın kişi basketbolçulardan ibarət millisi yarımfinalda Türkiyə yığması ilə qarşılaşıb.

Daha yaxşı oyun nümayiş etdirən komandamız finala vəsiqə qazanıb - 19:14.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti