...

Bakı-2017: Suya tullanma yarışında QIZIL MEDAL

İdman Materials 21 May 2017 17:48 (UTC +04:00)
Azərbaycan suya tullanma yarışında daha bir qızıl medal qazanıb
Bakı-2017: Suya tullanma yarışında QIZIL MEDAL

Bakı. Trend:

Azərbaycan suya tullanma yarışında daha bir qızıl medal qazanıb.

Trend-in məlumatına görə, təmsilçimiz Olqa Bıkovskaya 3 m tramplindən tullanma yarışında 223.10 xalla birinci olub.

Türkiyəli Yaprak Seli Keskin ikinci (177.40 xal), indoneziyalı Della Harimurtu isə üçüncü (168.75) yeri tutub.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti