...

Kişi basketbolçularımız da çempion oldu

İdman Materials 21 May 2017 19:50 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının 3X3 basketbol turniri başa çatıb.
Kişi basketbolçularımız da çempion oldu

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının 3X3 basketbol turniri başa çatıb.

Trend-in məlumatına görə, Azərbaycanın kişi basketbolçulardan ibarət millisi finalda Qətər yığması ilə qarşılaşıb.

Daha yaxşı oyun nümayiş etdirən komandamız 13:9 hesablı qələbə qazanaraq qızıl medala layiq görülüb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 73-cü qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti