...

Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadada futbol üzrə yarışların final matçına baxıb (FOTO, VİDEO)

İdman Materials 21 May 2017 22:50 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliy Oyunları çərçivəsində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan və Oman komandalarının final oyunu keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadada futbol üzrə yarışların final matçına baxıb (FOTO, VİDEO)

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliy Oyunları çərçivəsində 23 yaşadək futbolçulardan ibarət Azərbaycan və Oman komandalarının final oyunu keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri final matçına baxıblar.

Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmaya millimiz daha fəal başlayıb. 16-cı dəqiqədə Mahir Mədətov hesabı açıb, 11 dəqiqə sonra isə dubla imza atıb.

Fasiləyə üstün yollanan yığmamız ikinci hissənin əvvəllərində qapısında qol görüb - Sabah əl-Yəhyayi fərqlənib. Lakin Oman yığmasının bundan artığına gücü çatmayıb - 2:1.

Beləliklə, futbol üzrə Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub. Bu, Azərbaycanın İslamiadada qazandığı 75-ci qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti