...

Azərbaycanın stolüstü tennis komandası gümüş qazandı

İdman Materials 22 May 2017 11:47 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində son yarış günündə stolüstü tennis komandalarının final görüşü keçirilib.
Azərbaycanın stolüstü tennis komandası gümüş qazandı

Bakı. Trend:

Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində son yarış günündə stolüstü tennis komandalarının final görüşü keçirilib.

Trend-in məlumatına görə, stolüstü tennis komandalarının final görüşündə qadınlardan ibarət millimiz İran yığması ilə qarşılaşıb.

Görüş İran yığmasının qələbəsi ilə yekunlaşıb. Azərbaycanın stolüstü tennis komandası gümüş medala sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti