...

Çingiz Hüseynzadə: İslamiadada iştirak edən idmançılarımızın 70 faizdən çoxu medal qazandı

İdman Materials 23 May 2017 16:31 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən idmançılarımızın 70 faizindən çoxu medal qazanıb.
Çingiz Hüseynzadə: İslamiadada iştirak edən idmançılarımızın 70 faizdən çoxu medal qazandı

Bakı. Elçin Mehdiyev - Trend:

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən idmançılarımızın 70 faizindən çoxu medal qazanıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bu gün IV İslam Həmrəyliyi Oyunlarının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, bildirib ki, idmançılarımız IV İslam Həmrəyliyi Oyunlarında yüksək səviyyədə çıxış edib: "Medalların sayı 162 olsa da, medalçıların sayı 200-dən çoxdur. Çünki basketbol, voleybol, həndbol, futbol və digər komandalarda bir deyil, bir neçə idmançı iştirak edirdi. Bunları nəzərə alsaq, medal qazanan idmançılarımızın sayı çoxdur. Oyunlarda iştirak edən idmançılarımızın 70 faizindən çoxu medal qazandı. Bu, çox gözəl göstəricidir. Bu, Azərbaycanda idmana göstərilən diqqət və qayğının nəticəsidir".

Qeyd edək ki, mayın 8-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Azərbaycan milli komandası medalların sayına görə İslamiadanın qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti