...

Kürdəmirdə bədii gimnastika üzrə 3-cü Kubok yarışı keçirilir (FOTO)

İdman Materials 27 May 2017 15:24 (UTC +04:00)
Bədii gimnastika üzrə "Xəyala doğru bir addım" adlı 3-cü Kürdəmir Kuboku yarışı keçirilir.
Kürdəmirdə bədii gimnastika üzrə 3-cü Kubok yarışı keçirilir (FOTO)

Kürdəmir. Maksim Tsurkov - Trend:

Kürdəmir şəhər Olimpiya İdman Kompleksinin arenasında bədii gimnastika üzrə "Xəyala doğru bir addım" adlı 3-cü Kürdəmir Kuboku yarışı keçirilir.

Trend-in məlumatına görə, yarışda 106 gimnast iştirak edir. 2005-2006, 2007-2008, 2007-2009 və 2010-2012 yaş kateqoriyasında olan idmançılar həm fərdi, həm də qrup hərəkətləri üzrə çıxış edirlər.

Onlar Göyçay, Sumqayıt, Xırdalan şəhər "Zirvə" idman klubu, Şağan, Zirə, Gəncə, "Start" klubu, Zabrat, Kürdəmir, İsmayıllı və Respublika İdman Məktəbi Kompleksini təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti