...

İlqar Qurbanov rəsmən “Qəbələ”də

İdman Materials 31 May 2017 17:24 (UTC +04:00)
“Qəbələ” heyətini İlqar Qurbanovla gücləndirib.
İlqar Qurbanov rəsmən “Qəbələ”də

Bakı. Trend:

2017/18 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini İlqar Qurbanovla gücləndirib.

Trend klubun saytına istinadən məlumat verir ki, mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirən "qırmızı-qaralar" 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.

25 aprel 1986-cı ildə Bakıda anadan olan İ.Qurbanov peşəkar futbolçu karyerasına 2004-cü ildə “Xəzər Lənkəran”da başlayıb. 2007-ci ilədək sözügedən komandada top qovan yarımmüdafiəçi 2009-2010-cu illərdə “Olimpik-Şüvəlan”, 2011-2017-ci illərdə “Qarabağ”ın formasını geyinib.

Türkiyədə legioner həyatı yaşayan İ.Qurbanov “Sivasspor” (2007-2008), “Boluspor” (2008-2009) və “Mersin İdman Yurdu”nda (2010-2011) çıxış edib. Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 187 matçda meydana çıxıb və 14 dəfə rəqib qapılarına yol tapıb.

İ.Qurbanov Azərbaycan milli komandasının heyətində 29 oyun keçirib və 1 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti