...

İdman və akrobatika gimnastikası üzrə Bakı çempionatı və Azərbaycan birincilikləri davam edir (FOTO)

İdman Materials 10 İyun 2017 12:23 (UTC +04:00)
Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə 24-cü Bakı çempionatı və Azərbaycan birinciliyi, həmçinin akrobatika gimnastikası üzrə 24-cü Azərbaycan birinciliyi davam edir.
İdman və akrobatika gimnastikası üzrə Bakı çempionatı və Azərbaycan birincilikləri davam edir (FOTO)

Bakı. Trend:

Milli Gimnastika Arenasında kişi idman gimnastikası üzrə 24-cü Bakı çempionatı və Azərbaycan birinciliyi, həmçinin akrobatika gimnastikası üzrə 24-cü Azərbaycan birinciliyi davam edir.

Trend-in məlumatına görə, turnirdə ümumilikdə 134 gimnast Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, "Ocaq" Sport Klubu, "Neftçi" İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı təmsil edir.

Yarışların ilk günündə yeni başlayanlar, balacalar, gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında ən güclü qadın idman gimnastları müəyyənləşib. Sonra mübarizəyə akrobatlar qoşulublar. Gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasına bölünmüş qadın qrupları, qadın cütlükləri, qarışıq cütlüklər və kişi cütlükləri yarış meydançasında öz məharətlərini nümayiş etdiriblər. Turnirin ikinci günü də məhz akrobatların çıxışları ilə davam edəcək.

Bu gün kişi idman gimnastları da medallar uğrunda öz güclərini sınayacaqlar. Gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda yer almış idmançılarımızın əzmkar çıxışları ilə yarışlara yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti