...

"Mercedes"in pilotu: Bakıda öz rekordumu yeniləmək çox çətin olacaq

İdman Materials 22 İyun 2017 16:37 (UTC +04:00)
Bakı şəhər halqasında öz rekordumu yeniləmək bu il çox çətin olacaq
"Mercedes"in pilotu: Bakıda öz rekordumu yeniləmək çox çətin olacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Bakı şəhər halqasında öz rekordumu yeniləmək bu il çox çətin olacaq.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında “Mercedes” komandasının pilotu Valtteri Bottas deyib.

Onun sözlərinə görə, bolidlərin konfiqurasiyasındakı dəyişikliklər onları döngələrdə daha sürətli, düz yolda daha ləng edib.

Eyni zamanda V.Bottas bildirib ki, dairələri başa vurma böyük ehtimalla azalacaq.

Qeyd edək ki, ötən il Bakı şəhər halqasında Vallteri Bottas tərəfindən vurulmuş sürət rekordu 378 km/s. olub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti