...

Formula 2: Sərbəst yürüşlərdə ən yaxşı pilotlar məlum oldu

İdman Materials 23 İyun 2017 12:47 (UTC +04:00)
Formula 2 avtomobil yarışlarının sərbəst yürüşlərində “Pertamina Arden” komandasının niderlandlı pilotu Nik de Vris ən yaxşı nəticəni əldə edib.
Formula 2: Sərbəst yürüşlərdə ən yaxşı pilotlar məlum oldu

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda keçirilən Formula 2 avtomobil yarışlarının sərbəst yürüşlərində “Pertamina Arden” komandasının niderlandlı pilotu Nik de Vris ən yaxşı nəticəni əldə edib.

Trend-in məlumatına görə, o, 1:54.187 dəqiqə göstərici ilə birinci yeri tutub.

Ən yaxşı ikinci nəticəni “MP Motorsport” komandasının britaniyalı pilotu Cordan Kinq (1:54.308), üçüncü nəticəni “Russian Time” komandasının italyan pilotu Luka Gyotto (1:54.734) göstərib.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilir.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotların birinci və ikinci sərbəst yürüşləri olacaq. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti