...

Formula 2 yarışlarında ilk QƏZA baş verdi

İdman Materials 24 İyun 2017 12:36 (UTC +04:00)
Bakıda keçirilən Formula 2 yarışlarında ilk qəza qeydə alınıb
Formula 2 yarışlarında ilk QƏZA baş verdi

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda keçirilən Formula 2 yarışlarında ilk qəza qeydə alınıb.

Trend-in məlumatına görə, elə startda “Rapax” pilotu Conni Çekotto qəflətən əyləcə basıb. Bir neçə dəqiqədən sonra o, trasa qayıtsa da, ikinci dövrədə divara çırpılıb.

Nəticədə C.Çekotto yarışı erkən tərk etməli olub.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti