Bakı. Trend:
Trend Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisində pilotların əsas yarışını əks etdirən fotoları təqdim edir:
Qeyd edək ki, Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin qalibi "Red Bull" komandasının pilotu Daniel Rikkardo olub.
İyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.