...

Bakı birinciliyi uğrunda atletika üzrə yarışlar başlayıb

İdman Materials 6 Yanvar 2020 06:17 (UTC +04:00)
2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə turnir keçirilir
Bakı birinciliyi uğrunda atletika üzrə yarışlar başlayıb

Bakı. Trend:

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkil etdiyi atletika üzrə yeniyetmələr arasında Bakı birinciliyi yarışları başlayıb.

AAF-dan Trend-ə verilən məlumata görə, birincilik Respublika Olimpiya Mərkəzində, 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilir. Turnirdə qızlar və oğlanlar yarışır.

Çempionatda 100-ə yaxın atlet mübarizə aparır.

Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti